Xırdalanda 15 yaşlı yeniyetmə qız intihar edib

Xırdalanda intihar hadisəsi baş verib.
Azpost.info bildirir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
15 yaşlı yeniyetmə qız özünü çoxmərtəbəli binadan atıb. Hadisə M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb.
Sakinlər intihar edən şəxsin həmin binada yaşamadığını bildiriblər.
Bu avqust ayında Xırdalanda sayca 3-cü yeniyetmə qız intiharıdır. Daha əvvəl avqustun ortasında yeniyetmə qız müəllim yanına hazırlığa gəldiyi binadan özünü atmışdı. Həmin hadisədən 10 gün sonra isə onun rəfiqəsi eyni blok, eyni mərtəbədən özünü ataraq həyatına son qoyub.
Azpost.info
Əvvəlki məqalə

Şəkidə zəlzələ olub

Sonrakı məqalə

Moskvaya doğru uçan PUA vurulub