Motosikletlə dənizə belə “uçdu”- ANBAAN VİDEO

Moto
Moto

Türkiyənin İzmir vilayətinin Çeşmə bölgəsində qeyri-adi qəza baş verib. AzPost xəbər verir ki, motosiklet sürücüsü dəniz kənarında dayanarkən ani şəkildə idarəni itirib və nəqliyyat vasitəsi ilə birlikdə birbaşa dənizə düşüb. Hadisə ətrafdakı bir obyektin təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.

Verilən məlumata görə, adı açıqlanmayan motosikletçi sahil boyu motosikletin üzərində oturaraq dənizi izləyirmiş. Lakin qəfil şəkildə qaz pedalına toxunan sürücü idarəetməni itirib və düz motosikletlə birlikdə dənizə doğru hərəkət edərək suya düşüb.

Ətrafda olan və hadisəyə şahidlik edən vətəndaşlar dərhal köməyə qaçıblar. Lakin sürücü heç bir köməyə ehtiyac duymadan suyun içindən özü çıxmağı bacarıb. Hadisə zamanı ciddi xəsarət alan olmayıb.

Sosial şəbəkələrdə sürətlə yayılan təhlükəsizlik kamerası görüntülərində motosikletin bir neçə saniyə sakit vəziyyətdə sahildə dayandığı, daha sonra isə qəfildən sürətlənərək dənizə doğru hərəkət etdiyi açıq şəkildə görünür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.