MSK DSK-nın qərarını ləğv etdi

- Müsavatçının namizədliyini qeydə aldı
17 Yanvar 2020 - 15:55

MSK dariə seçki komissiyasının qərarını ləğv edib.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Müsavat Partiyasının Xəzər rayon təşkilatının sədri Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.

İclasda çıxış edən N.Nəsirov bildirib ki, DSK onun sənədlərinə iş gününün gərginliyi ilə əlaqədar baxa bilməyib:

“DSK namizədliyim qeydə alınmaması ilə bağlı heç bir sənəd mənə təqdim etməyib”.

MSK N.Nəsirovun şikayətini təmin edib və DSK-nın qərarını ləğv edib. N. Nəsirovun namizədliyi qeydə alınıb.