MSK DSK-nın qərarını ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb.

MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin namizədliyi qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranlı general:

Sonrakı məqalə

DİN media nümayəndələrinə xəbərdarlıq etdi