“MTK-lar binalara başqa internet provayderi buraxmır, Dövlət Xidməti görmür?”-Ekspertdən etiraz

network cables connected to switch
“Əksər Mənzil Tikinti Kooperativləri (MTK)  binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. “Bir bina bir provayderindir” prinsipi ilə işləyirlər. Heç nədən çəkinmirlər. MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir”.
Azpost.info bildirir ki, bu sözləri Azərbyacan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız bir provayderi dəvət edərək separat sövdələşmə edilər: “Bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır.Vəssalam. Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da başqa provayderi buraxmayacaq. Bununla da həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni surətdə məhdudlaşdırılır. Xidmətin keyfiyyəti üçün stimul formalaşmır”.
O.Gündüz bildirib ki, MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozurlar: “Antiinhisar Döğvlət Xidmətinin, RİNN-nin və digər aidiyyatı qurumların bundan xəbəri varmı ? Əlbəttə var. Lakin bunun qarşısnı almaq üçün heç bir real addımlar müşahidə olunmur. Antiinhisar və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir”.
Ekspertin fikrincə, problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir: “Yeni tikilmiş yaşayış kompklekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi , aidiyyatı qurum, məsələn RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir. Antiinhisar bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir”.
Əvvəlki məqalə

Kinoaktrisa Fərqanə Quliyeva vəfat edib

Sonrakı məqalə

Bakıda Zəfər abidəsi ilə bağlı çoxmərtəbəli bina sökülür –