Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

“Report” bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə istinadən xəbər verir.

Müsabiqənin test imtananı mərhələsi Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə 7 iş gününü əhatə edən imtahanlarda 44 363 nəfər namizəd iştirak edib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv edilib.

Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək.

Əvvəlki məqalə

Gürcüstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib

Sonrakı məqalə

Altı ayda Azərbaycandan 2190 çeşiddə məhsul göndərilib