Müəllimlərin işə qəbulla bağlı test imtahanının tarixi açıqlanıb

İyulun 1-8-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirilən brifinqdə deyib. O bildirib ki, MİQ üzrə müsabiqədə sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir: “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakın ödənişli tətbiqinə baxmayaraq, sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir və bu qruplara xüsusi güzəşt mexanizmi müəyyən edilib.

Təqdim olunan dəyişikliklərə əsasən müəllimlərin işə qəbulu müsabiqəsində iştirakın ödənişli olması nəzərdə tutulsa da, sosial ədalət və inklüzivlik prinsiplərinin qorunması məqsədilə müəyyən kateqoriyalara münasibətdə ödəniş tətbiq olunmur. Bu yanaşma xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin müsabiqəyə çıxış imkanlarının məhdudlaşmasının qarşısını almağa xidmət edir.

Müsabiqədə ilk dəfə iştirak edən şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər üçün iştirak ödəniş nəzərdə tutulmayıb.

Bu güzəşt mexanizmi dövlətin sosial siyasətinin tərkib hissəsi olmaqla yanaşı, MİQ müsabiqəsində bərabər imkanların təmin edilməsinə, həssas qrupların əmək bazarına inteqrasiyasına və onların təhsil sistemində iştirakının stimullaşdırılmasına şərait yaradır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.