Mübariz Qurbanlı küçədə imam ehsanı verənləri dəstəklədi:

“inancla bağlı  məsələlərə müdaxilə etmək lazım deyil”
10 Sentyabr 2019 - 13:31

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.

Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, sovet dövründə də ehsan masaları qurulurdu.

“İmam Hüseyn əzadarlığının birinci ili deyil. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacağam, kimsə deyir halva paylayacağam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu, insanların şəxsi istəyidir və bununla təskinlik tapırlar”, – M. Qurbanlı qeyd edib.