Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneyi təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.

Bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Ayətullah Həkim Elahi “India Today”a bildirib.

 

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xameneyinin hədəf siyahısında olduğunu deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkə rəhbərliyinə qarşı hər hansı bir təhdidin güclü cavab zərbəsi ilə üzləşəcəyini vurğulayıb.

Xatırladaq ki, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində öldürülüb.

Onun yerinə oğlu Ayətullah Müctəba Xameneyi seçilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.