Müdafiə Nazirliyində NATO-nun hərbi təlim qrupu ilə görüş keçirilib

Bakıda təşkil olunan “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü – 2026” təlim kursu çərçivəsində Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev və nazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, əvvəlcə mobil təlim qrupunun ekspertləri NATO və təlim kursunun mərhələləri haqqında məlumat veriblər.
Görüşdə peşəkarları bir araya gətirən təlim kursunun çoxmillətli qərargahlarda birgə planlama qabiliyyətinin artırılmasına, bilik və təcrübə mübadiləsinə, eləcə də ortaq dəyərlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.
Təlim kursunda aparılan müzakirələrin və keçirilən məşğələlərin böyük əhəmiyyətə malik olması, həmçinin müasir və sürətlə dəyişən təhlükəsizlik mühitində uzlaşmanın və qarşılıqlı əməkdaşlığın vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.