Müğənni Tina Terner vəfat edib

Məşhur amerikalı müğənni Tina Terner vəfat edib.

Röyterin məlumatına görə,  o, 83 yaşında dünyasını dəyişib.

Onun nümayəndəsi bildirib ki, Terner  İsveçrənin Sürix yaxınlığındakı Küsnacht şəhərindəki evində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Terner karyerasına 1950-ci illərdə rok-n-rolla başlayıb  və MTV fenomeninə çevrilmişdi.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.