Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürdü- AÇIQLAMA

Türkiyənin “Məmləkət“ partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürüb.

Azpost.info xəbər verir ki, bu barədə siyasətçi özü açıqlama verib. “Mən namizədliyimi geri götürürəm. Bunu ölkəm üçün edirəm. Mən Türkiyəyə üçüncü variantı təklif etdim, yeganə yol “Məmləkət”dir dedim. “Nə sağdan, nə soldan, Atatürkün yolu ilə get” dedim. Bir yol açmağa çalışdım, uğursuz oldu.

40 ildən artıqdır ki, siyasətdəyəm. Amma bu son 45 gündə gördüklərimi, son 45 ildə görməmişəm. Saxta qəbzlər saxta videolar. İsrailə məxsus bir saytdan əxlaqa zidd görüntüləri alıb mənim şəklimi qoyurlar. Bunu edən FETÖ-çülərdir. Heç bir polis əməkdaşı, heç bir prokuror bunu araşdırmır. Heç bir jurnalist bunu yazmır. Yazan da elə yazır ki, sanki FETÖ-çülərə xidmət edir. Bu, şəxsi həyat deyil, böhtandır. Türkiyə Cümhuriyyəti mənim nüfuzumu qoruya bilmədi”, – İncə deyib.

İncə bildirib ki, nə qədər qaçaq FETÖ-çü varsa, ona hücuma keçib: “Mən hər gün onlarla döyüşürdüm. Bazar günü seçkiyə gedirik. “Məmləkət“ partiyası Türkiyə üçün önəmlidir. Biz o məclisdə olmalıyıq. O parlamentdə Atatürkçülər olmalıdır. Türkiyənin sığortası “Məmləkət” partiyasıdır. Bəhanələri qalmasın. Yoxsa seçkidə uduzanda səhəri gün bütün günahı bizim boynumuza atacaqlar. Heç bir bəhanə yoxdur. Prezidentliyə namizədliyimi geri götürürəm, “Məmləkət“ partiyasına hər evdən bir səs istəyirəm”.

Sorğulara əsasən, seçicilərin təqribən 2%-i İncəyə səs vermək niyyətində idi.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyalı milyarderin aktivlərini Kiyevə köçürmək qərarını cavabsız qoymayacağıq”

Sonrakı məqalə

Sahibə Qafarova Fransa səfirinə ölkəsinin Azərbaycana qərəzli yanaşdığını bildirib