“Mumiya” filminin qəhrəmanları 24 ildən sonra necə görünürlər? –FOTOLAR

Məşhur “Mumiya”filminin nümayişindən 24 il keçir.

Azpost.info bildirir ki, 1999-cu ildə ekrana çıxan film böyük marağa səbəb olub.

Filmdə baş rol oynayanlar bu gün necə görünür?

Reyçel Vays

“Mumiya” sayəsində Reyçel Vays 29 yaşında dünya şöhrəti qazandı. O, filmdə kitabxanaçı qız və Rikin gələcək sevgisi Evelin Karnaxan rolunu oynayıb. O vaxtdan bəri onun aktrisa kimi karyerası çox yaxşı inkişaf edib.

“Favorit qadın” tarixi filmindəki son rollarından birinə görə Reyçel BAFTA mükafatı alıb. O, həmçinin 49 yaşında Marvel studiyasının superqəhrəmanlar haqqında çəkdiyi filmdə Qara Dulda casus rolunu oynayıb.

Brendan Freyzer


Filmdə Rik O’Konnell rolu  aktyor Brendan Freyzerə dünya şöhrəti gətirdi. Aktyor döyüş filmləri və komediyalardan savayı filmlərdə dramatik rollar oynamağa can atıb. 2000-ci illərin sonundan 2010-cu illərin ortalarına qədər Brendanın səhhətində problemlər yaşayıb. Bu da onun aktyorluq karyerasını tam şəkildə davam etdirməsinə mane olub. Ancaq bu yaxınlarda Brendan zəfərlə böyük ekrana qayıtdı və ilk Oskarını aldı.

Arnold Voslu 


Arnold Voslu 37 yaşında ekranda sevgi naminə hər cür fədakarlığa hazır olan parlaq antaqonist İmhotep obrazını yaradıb. Aktyor tez-tez cinayətkarkarı oynayırdı, video oyun qəhrəmanının prototipi idi. Voslu vətənində – Cənubi Afrikada çox məşhurdur. Filmlərdə çəkilir. 60 yaşlı Arnoldun sonuncu filmi 2022-ci ildə ekranlara çıxıb.

Con Hanna


Con Hanna Evelinin yüngülxasiyyət qardaşı Jonathan Carnaxan rolunu oynayıb. Aktyor ən çox filmlərdə və televiziya şoularında ikinci plan rollarını oynayır. O, bu yaxınlarda “Bizlərdən biri” serialında epidemioloq obrazını oynayıb.

Oded Fer

Xarizmatik Oded Fer fironun keşikçilərinin lideri olan Ardet Bey rolunu oynayıb. Aktyora dünya şöhrəti gətirən filmlər arasında “Mumiya”dan başqa “Şər hökmdarı” franşizasının 3 hissəsini, həmçinin “Görüşə çağrılan kişi” komediyalarını qeyd etmək olar. 2020-ci ildən o, “Ulduz Yolu: Kəşf” filmində admiral Çarlz Vans rolunu oynayır.

Dueyn Conson


“Qaya! ləqəbli keçmiş güləşçi Dueyn Conson film trilogiyanın 2-ci hissəsində Əqrəb Kralını canlandırıb. Conson sonradan “Əqrəb kralı” prekvelində ilk baş rola görə rekord məbləğdə yüksək qonorar alıb.

İndi Dueyn Conson dünyanın ən çox qazanan aktyorlarından biridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.