“Münaqişəyə son qoymaq üçün Rusiya ilə dialoqa başlamaq lazımdır”- NATO Baş katibi

Ukraynadakı münaqişəyə son qoymaq üçün nə vaxtsa Rusiya ilə dialoqa başlamaq lazımdır.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O, danışıqların “Ukraynanın gücünə” əsaslanmalı olduğuna əmin olduğunu bildirib.

“Bu müharibəyə son qoymaq üçün nə vaxtsa Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır. Lakin bu, Ukraynanın gücünə əsaslanmalıdır”, – Stoltenberq deyib.

Baş katibin bəyanatı Rusiya prezidenti Vladimir Putinin Alyansın münaqişədə iştirakının nəticələri barədə xəbərdarlıq etməsindən sonra gəlib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.