Münhen görüşündən sonra nə olacaq? Moskva Vardanyanı Qarabağdan çıxaracaqmı?  –POLİTOLOQ RƏYİ

“Üçtərfli “Brüssel formatı”nın bərpa olunması gözlənilir. Bu barədə Azərbaycan prezidenti qeyd etdi. Amerika üçün Brüssel formatı çox mühümdür. Bu, ABŞ-ın təşəbbüsləri üçün vacibdir”.

Azpost.info bildirir ki, bu barədə politoloq Fərhad Məmmədov Münhendə ABŞ dövlət katibinin vasitəçiliyi ilə keçirilmiş Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edərkən bildirib.

O deyib ki, bu prosesdə Makron və Fransa oyundankənar” vəziyyətə düşür: “Bununla fransızların rahatlaşacağını düşünmək olmaz. Onlar erməniyönlü mövqe tutacaqlar. Amma Fransanın mövqeyi anti-Azərbaycan mövqeyi kimi də olmamalıdır”.

Sülh sazişi barədə danışan F. Məmmədov deyib ki, proses davam edir: “Bakı redaktə olunmuş növbəti mətn variantını ən yaxın zamanda göndərəcək və XİN başçıları səviyyəsində görüş tələb edəcək. Burada iki məqsəd var: Ya yaya qədər sülh müqaviləsinin imzalanmasını gözləmək, ya da vasitəçilərə Ermənistanın qeyri-konstruktiv olduğunu nümayiş etdirmək…”

Azərbaycan prezidentinin Zəngəzur və dəhlizində və Laçın yolunda nəzarət buraxılış məntəqələrinin qoyulması barədə təklifini şərh edən F.Məmmədov bildirib ki, bu etirafdır: “Bu, Rusiyanın Üçtərəfli Bəyanatın öhdəliklərini icra edə bilməməsi barədə etirafdır. Ermənistan NBM tələb edir, çox yaxşı…Laçında NBM olacaq. İndi maraqlıdır ki, Ermənistan rəhbərliyi necə davranacaq?  Onlar öz ərazilərində Naxçıvanla bağlı kommunikiasiya üçün NBM-in yaradılmasını öz xeyirinə yaza bilərlər, amma Rusiya sərhədçilərinin nəzarəti altında qalacaq yol necə olacaq?”

Politoloqun fikrincə, Paşinyan ümumiyyətlə Rusiyanın hər hansı əlavə funksiyasının təklif olunmasını istəmir: “Bu Paşinyanın Qərbə interqasiyası baxımından ziyanınadır. Ən azı Azərbaycan bu təkliflə “blokada”ya görə məsuliyyəti öz üzərindən götürür və Ermənistanı Rusiya ilə münasibətlərdə seçim qarşısında qoyur.”

Politoloq bildirib ki, dövlət başçısının milyarder Ruben Vardanyanın Qarabağdan çıxarılmasını tələb etməsi ciddi mesajdır: “Bu məsələ demək ki, Azərbaycan rəhbərliyi üçün çox mühümdür. “Vardanyan layihəsi” o qədər həyasız layihədir ki, ona rəsmi Bakının belə reaksiyası həmin layihənin darmadağın olunmasının onun üçün vacib olduğunu nümayiş etdirir. Bu cavab İrəvana deyil, daha çox Moskvaya ünvanlanıb. Müqavimət simvoluna zərbə çox mühüm məsələdir”.

“Hesab edirəm ki, Vardanyanı vəzifəsindən xaric etsələr də o Qarabağda yaratdığı fondun rəhbəri kimi sülhməramlıların himayəsi altında qalacaq. Rusiyanın hələlik bunun üçün resursları var. Amma hələlik!”-deyə politoloq bildirib.

F.Məmmədov deyib ki, Rusiyanın son ilyarımda atdığı qeyri-adekvat addımlar onun  resurslarının məhdudluğu üzündən baş verir: “Moskva situasiyaya uyğun adekvat davranmaq, Qarabağla bağlı konstruktiv mövqe tutmaq əvəzinə təxribat yoluna əl atıb. Qarabağda “rus icması” yaratdıqdan sonra Moskva daha uzağa gedərək “Vardanyan layihəsi”nə əl atdı. Əvəzində nə aldı? Ekoloqların etiraz aksiyasını və Laçın yolunda hərəkət məhdudiyyətini… Moskva Azərbaycanda və Ermənistanda ictimai rəydə imicini itirdi, Ermənistana Avropa missiyası gəldi”.

Politoloqun fikrincə, Lavrovun Bakıya gözlənilən səfəri bir çox məsələləri dəyişə bilər.

“Azərbaycanın resurslarını rasional şəkildə istifadə edir. Elə məqamlar var ki, gözləmə mövqeyi tutur, eləsi var ki, operativ reaksiya verir. Bu zaman təhlükə yaranan zaman güc tətbiqi hüququnu özündə saxlayır”.

Azpost.info

Əvvəlki məqalə

Zaqatalada müəllimlər məktəbdə etiraz aksiyası keçirir –

Sonrakı məqalə

Müsavat qurultaya hazırlaşır, yeni başqanın adı müzakirə olunur –