Müsavat qurultaya hazırlaşır, yeni başqanın adı müzakirə olunur –Arif Hacılını kim əvəz edəcək?

Bu il Müsavat Partiyasının növbəti qurultayı keçirilməlidir.

Azpost.info xəbər verir ki, qurultayın vaxtı dəqiqləşməmiş artıq yeni başqanın kim olacağı müzakirə mövzusuna çevrilib.

İddialara görə, növbəti qurultayda başqanlığa əsas namizəd Arzu Səmədbəyli olacaq. Arzu Səmədbəyli Müsavat Partiyası Məclisinin üzvüdür. O eyni zamanda Müsavatın keçmiş başqanı İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düçüncə Mərkəzinin qurucu üzvü kimi fəaliyyət göstərir.

Arzu Səmədbəyli üçüncü çağırış (2005-2010) Milli Məclisin deputatı olub. O, parlamentdə Müsavat Partiyasını təmsil edib. İddialara görə, başqanlıq yarışında Arzu Səmədbəyli daha şanslıdır. Onun partiyada kifayət qədər nüfuzunun olduğu deyilir.

İddialara görə, İsa Qəmbər də onun namizədliyinə isti yanaşır.

Müsavat Partiyasının hazırki başqanı Arif Hacılıdır. O, 2014-cü ildən bu vəzifədədir. Partiyanın nizamnaməsi görə, bir şəxsin ard-arda iki dəfədən başqan olmasını yasaqlayır. Arif Hacılı isə 2014 və 2019-cu illərdə keçirilən qurultayda başqan seçkilərində qalib olub. Ona görə də növbəti qurultayda namizədliyini irəli sürməyəcək.

Abbas

Əvvəlki məqalə

Münhen görüşündən sonra nə olacaq? Moskva Vardanyanı Qarabağdan çıxaracaqmı?  –

Sonrakı məqalə

Ramzan Kadırov öz “Vaqner”ini yaratmaq istəyir