Müraciət edənlərin 50 faizdən çoxunun deputatlığa namizədliyi qeydə alınıb- MSK

Fevralın 9-a təyin olunmuş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün müraciət edənlərin 50 %-dən çoxunun deputatlığa namizədliyi qeydiyyata alınıb.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, 2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün 2431 nəfər müraciət edib. Onlardan 1279-nun namizədliyi qeydə alınıb.

Səkkiz seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı – 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 4 nəfər, 6 saylı Culfa-Babək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 5 nəfər, 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 4 nəfər, 53 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 18 nəfər, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər, 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər qeydə alınıb.

Ümumilikdə deputatlığa namizədlərin ən çox qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin deputatlarına pul mükafatı verilib

Sonrakı məqalə

AzTU-da köklü kadr dəyişiklikləri