Müsəlman dövlətləri BMT-də Qarabağla bağlı toplaşacaq –İƏT Təmas Qrupunun iclası təyin olunub

Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun iclası keçiriləcək. 

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas Qrupunun iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutacaq. 

İclas zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək. 

Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində münaqişənin həlli ilə bağlı Təmas Qrupunun yaratmaq qərarını verib. Təmas Qrupunun tərkibinə təşkilatın üzv ölkələrinin xarici işləri nazirləri daxildir. Təmas Qrupunun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib. İndiyə qədər İƏT Təmas Qrupunun üç iclası keçirilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir