Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.
Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai siyasi durum, regionda baş verən son hadisələr, fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri müzakirə olunub.
Görüşdə Müsavat başqanının müaviniSəxavət Soltanlı, eləcə də ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri iştirak ediblər.