Müsavat başqanı müxalfiəti təcili Dəyirmi Masaya çağırdı –

Səkkiz siyasətçiyə müraciət etdi (ADLAR)
23 Oktyabr 2019 - 14:41

Müsavat başqanı Arif Hacılı müxalifət rəhbərlərinin iştirakı ilə Dəyirmi Masanın keçirilməsini təklif edib.

Azpost.info bildirir ki, A.Hacılı bunu son zamanlar cəmiyyətdə müxalifətin birliyi barədə olan müzakirələrlə əlaqələndirib: “Müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığını tələb edilir”.

Müsavat başqanı Dəyirmi Masada görmək istədiyi siyasətçilərinin adını da açıqlayıb: “Siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanovun, Cəmil Həsənlinin, İsa Qəmbərin, Əli Kərimlinin, İlqar Məmmədovun, Pənah Hüseynin, Mehman Əliyevin və Hikmət Hacızadənin, həmçinin siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq Dəyirmi Masanın keçirilməsini təklif edirəm”.