Müsavat Partiyasının yeni başqanı məlum oldu –

Səsvermənin NƏTİCƏLƏRİ
13 Oktyabr 2019 - 18:22

Müsavat Partiyasının qurultayında başqan seçkisinin nəticələri məlum olub.

Azpost.info bildirir ki, 338 qurultay nümayəndəsinin iştirak etdiyi səsverməyə görə, Arif Hacılı 262 səs qazanaraq başqan seçilib.

Yadigar Sadıqlı  20 səs, Tofiq Yaqublu  isə 51 səs toplayıb.  5 bülleten etibarsız sayılıb.

Məğlub olan Tofiq Yaqublu Arif Hacılını təbrik edib. “Artıq nəticələr bəllidir və Arif Hacılı qalib gəldi. Arif bəyi təbrik edirəm. Müsavat Partiyası və Azərbaycanımız üçün xeyirli olsun. Yola davam!”-deyə bildirib. Digər namizəd Yadigar Sadıqlı isə Arif Hacılını təbrik etmək üçün gəlməyib.

Arif Hacılı etimada görə qurultya nümayəndələrinə təşəkkür edib.