“Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik”.
Azpost.info bildirirbu sözləri Müsavat başqanı Arif Hacılı bildirib.
Onun sözlərinə görə, onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.
“Siyahıda bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var. Həftə sonunadək Azərbaycan parlamentinin görmək istədiyimiz möhtəşəm tərkibi, dairələr üzrə adaylarımızın tam siyahısı elan ediləcək”-deyə A.Hacılı vurğulayıb.