Müsavatın qurultayı üçün yer ayrıldı –Məkan məlum oldu

Müsavat Partiyasının qurultayının keçiriləcəyi məkan və tarix müəyyənləşib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, qurultay oktyabrın 13-də Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçiriləcək.

A. Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasının qurultayının “Büllur” sarayında keçirilməsinə razılıq verdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alman jurnalisti müraciət etdi, adı “qara siyahı”dan çıxarıldı:

Sonrakı məqalə

İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli Baş Prokurorluqda ifadə verib