Müsavatın qurultayında gərginlik –İsa Qəmbərlə namizədlər arasında mübahisə yarandı

Bu gün Müsavat Partiyasının qurultayında İsa Qəmbərlə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə düşüb.

Buna səbəb İsa Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub.  Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu etiraz edib.  İsa Qəmbər isə bildirib ki, Tofiq Yaqublu  və Yadigar Sadıqlı çıxışlarında onun və Arif Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər.

Buna görə də o qurultay nümayəndəsi kimi çıxış etmək istəyib. Mübahisəyə Arif Hacılı da qoşulub.

Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir