Mütəllibov Heydər Əliyevin fitə basıldığı iclasdan danışdı, komandasını ittiham etdi:“Bizi ayırmaq üçün hər şey etdilər”

Prezident postunda olarkən ən böyük səhvim insanlara həddə artıq etibar etməyim olub. Mən gərək ətrafımı korrupsiyaya uğramış və vicdansız adamlardan təmizləyəydim. O qarmaqarışıq illərdə mən humanizmdən çox sui-istifadə etdim”.

Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov deyib.  O, bu gün 82 yaşını qeyd edir.

A.Mütəllibov deyib ki, öz karyerasına görə, mərhum Heydər Əliyevə borcludur: “Məhz o məni, gənc mütəxəssisi əvvəlcə zavod direktoru, sonra Dövlət Plan Komitəsinin sədri təyin etdi. Bizim onunla həmişə qarşılıqlı etimada söykənən münasibətlərimiz olub. İndiyə qədər başa düşmürəm ki, bizim münasibətlərimizin pozulması kimə lazım idi?”

A.Mütəllibov deyib ki, 1990-cı illərin əvvələrində Heydər Əliyevin vətənə qayıtması üçün əlindən gələni edib: “Mən istəyirdim Heydər Əliyev Milli Məclisin deputatı olsun. Mən bu gün tam səmimi deyirəm: O zaman bir sıra deputatların ona qarşı etdikləri hörmətsizliyə mənim heç bir aidiyyatım yoxdur. Mən hətta o iclasdan çıxıb getdim, mərhum Elmira Qafarovaya irad tutdum və bu biabırçılığın qarşısını almağını tələb etdim. Heydər Əliyevə dəstəyimə görə, Qorbaçov həmişə mənə təzyiq edirdi. Mən buna fikir vermirdim”.

Sabiq Prezident deyib ki, Heydər Əliyevin vətənə qayıtmasından əvvəl Moskvada onunla bir neçə dəfə görüşüb: “Bir dəfə evində görüşərkən mənə təəssüflə dedi ki, “Pravda” qəzetində hansısa doktor Əfəndiyevin adı ilə onu ləkələməyə çalışan sifarişli məqalələr yazılır. Amma cavab vermək üçün imkan verilmir. Heydər Əliyev hətta “Pravda” qəzetini məhkəməyə vermək istəyirdi. Mən ona dedi ki, mövqeyinin respublika qəzetlərində getməsi üçün göstəriş verəcəyəm. Belə də etdim.

Amma Heydər Əliyevin qayıtmasından sonra opponentlərim və komandamda olan bəzi destruktiv qüvvələr bizi bir-birimizdən ayırmaq üçün hər şey etdilər. Buna baxmayaraq mən həmişə Heydər Əliyevi ağsaqqal kimi qəbul etmişəm. O, sovet və müstəqillik dövründə respublika üçün çox şey edib”.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN rəsmisi:

Sonrakı məqalə

İsraildə koronavirusdan ölənlərin sayı 258-ə çatıb