Müxalifət parlamentdə  201 deputatın oturmasını təklif edir –Üstəlik proporsional sistemin bərpasını istəyir

Avqustun 6-da Müsavat Partiyasının qərargahında seçki mövzusunda

Dəyirmi Masa keçirilib.

Azpost.info bildirir ki, bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı məlumat verib.

Müzakirələrə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Nürəddin Məmmədli, Real Partiyasınən təmsilçisi Natiq Cəfərli və digər müxalifət nümayəndələri qatılıb. Çıxışçılar seçkilərdə iştirak məsələsi ilə bağlı öz təşkilatlarının mövqelərini ifadə ediblər.

 Müsavat başqanı Arif Hacılı seçki islahatları ilə bağlı Müsavatın təkliflərini təqdim edib. Çıxışçılar həmin layihəyə dair əlavə təkliflər təqdim ediblər. Müzakirələrin davam etdirilməsi qərara alınıb.

Tədbirdə İngiltərə səfirliyinin nümayəndəsi Sənan Süleymanov də iştirak edib.

Müxalifət partiyaları  zəruri seçki islahatları məqsədi ilə ümumxalq referendumu keçirilməsini,  proporsional seçki sistemi bərpa olunmasını, parlament üzvlərinin sayı yarısı proporsional, yarısı mojaritar dairələrdən seçilməklə 201 nəfərədək artırılmasını təklif edir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pentaqon Moskvanı hədələdi:

Sonrakı məqalə

“Müsavatı yaratmağımı səhv hesab eləmirəm” –