Müxalifətin qələbəsi bu biznesmenə zərbə vurdu- Bir gündə 57 milyon avro itirdi

Macarıstanın qiymətli kağızlar bazarı bu günlərdə dünyaya bələdiyyə seçkilərinin maraqlı firmaların səhmlərinin məzənnəsində necə əks oluna biləcəyini əyani göstərib.

Macarıstanın ən varlı biznesmenlərindən birinin – Lorints Mesaroşun şirkətləri bir birja günü ərzində böyük ziyana düşüb. Budapeşt Fond Birjasının açılışından sonra onun əsas səhmlərinin – “Opus Global” və “4iG”nin məzənnələri müvafiq olaraq 8 və 2,5 faiz düşüb. Beləliklə, ”Opus” səhmləri 19 milyard forint (1 avro 333 forintə bərabərdir) itirib və bunun 13 milyardı Mesaroş ailəsinin itkiləri olub. Hellert Yasainin “4iG” səhmlərinin birja dəyəri isə 2 milyard forint azalıb.

Lorints Mesaroşun maraq dairəsinə daxil olan “Appeninn” şirkəti də hərraclara 2,55 faiz həcmində itkilərdən başlayıb.

Macarıstan KİV-lərinin yaydığı məlumata görə, itkilər bu istirahət günləri paytaxt Budapeştdə və digər dörd iri şəhərdə keçirilmiş bələdiyyə seçkilərində müxalifətdən olan namizədlərin qələbəsi fonunda baş verib.

Beləliklə, Lorints Mesaroş təkcə bir gündə 57 milyon avro ziyana düşüb(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Sonrakı məqalə

“Tok” vuran 9 yaşlı Zəhranın sol qolunu amputasiya etdilər