Suriyada müxalifət tərəfdarları paytaxt Dəməşqi nəzarətə götürüb.
Bu barədə “Al Hadath” məlumat yayıb.
Suriya ordusunun bölmələri silahlıların irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edib.
Bu barədə “Al Jazeera“ məlumat yayıb.
Məlumata görə, silahlılar şəhərin mərkəzində bir neçə dövlət obyektinə, o cümlədən Suriya dövlət televiziyasının binasına nəzarət edib.