Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

Azər Qasımlı
Azər Qasımlı
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.
APA xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində bununla bağlı iclas keçirilib.
Məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.