Sabiq deputat Nazim Bəydəmirli həbsi ilə bağlı apellyasiya şikayəti verib.
Azpost.info bildirir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.
Aapellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixində Bakı Apellyasiya məhkəməsində baxılacaq.
Proses saat 14:30-da olacaq.
Xatırladaq ki, sabiq deputat, iş adamı Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Nərimanov rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: “Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib.