Məhkəmə Sarkozini bir il müddətinə həbsə göndərdi

Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini telefon dinləmələri ittihamı üzrə bir il real həbsə məhkum edib.

Azpost.info xəbər verir ki, məhkəmə siyasətçinin üç il həbs cəzasına məhkum edildiyi 2021-ci il hökmünü qüvvədə saxlayıb. Onlardan ikisi şərti cəza olub. Həmin vaxt Sarkozinin qalan bir ili həbsxanaya düşmək əvəzinə elektron qolbaq taxa biləcəyinə qərar verilmişdi.

Sarkozinin vəkili Terry Erzoq və keçmiş hakim Jilber Aziber də oxşar şərtlərlə cəzalandırılıb.

İstintaq onu da sübut edib ki, Fransanın keçmiş rəhbəri 2014-cü ildə vəkili vasitəsilə Kassasiya Məhkəməsinin əməkdaşına Monakoda vəzifə almağa kömək edəcəyini deyib. Bu vədi seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaqın gedişi haqqında məlumat müqabilində verib.

Fransaya 2007-2012-ci illərdə rəhbərlik etmiş 68 yaşlı Sarkozi bütün ittihamları rədd edir.

Azpost.info

Əvvəlki məqalə

Bakıda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçirilir

Sonrakı məqalə

“KTMT kömək etməyə hazır idi, İrəvan istəmədi”