“Məkrli planları dayandırın!”- Bayden Trampın müdafiəsinə qalxdı

ABŞ prezidenti Co Bayden İran hakimiyyətindən sələfi Donald Trampa və digər keçmiş yüksək vəzifəli məmurlara qarşı məkrli planları dayandırmağı tələb edib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” ABŞ administrasiyasının nümayəndəsinə istinadən yazır.

Bayden bildrib ki, Vaşinqton Trampın həyatına sui-qəsdi müharibə aktı kimi qiymətləndirəcək.

Nəşr yazır ki, Tehranın hədəfində olan keçmiş məmurlar arasında keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton, keçmiş dövlət katibi Mayk Pompeo və Tramp administrasiyasının İran üzrə xüsusi nümayəndəsi Brayan Huk da var. Pompeo və Huk təhdidlərə görə artıq hökumətin himayəsindədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.