ABŞ-ın sabiq prezidenti Donald Tramp mühafizəkar gəncləri təhsil sahəsində olan cinsi azlıqların radikal elitası ilə mübarizəyə çağırıb.
Azpost.info bildirir ki, Tramp bu barədə “Turning Point Action” iştirakçıları qarşısında çıxışı zamanı deyib.
Sabiq prezident ABŞ təhsil sistemini “xəstə” adlanıdırıb: “Bizim təhsil sistemi xəstədir. Məktəblərdə dua eləmək qadağan edilib, amma əyləncəli mahnı parodiyalarından ibarə şoulara icazə verilir. Hazırda siz məktəblərdə uşaqlarınıza Bibliya öyrədə bilməzsiniz, amma əvəzində kişinin necə hamilə qala biləcəyini öyrədə bilərsiniz. Biz övladlarımızı belə şəraitdə 20 dəqiqədən artıq saxlmamalıydıq. Amma biz amerikalı uşaqları ildə hər gün 6 saat qalmağa və öyrənməyə icazə veririk”-deyə Tramp vurğulayıb.