Məşhur aktyor Sergey Yurski nə üçün Azərbaycanı çox sevirdi? –“Bakı məni xilas edən şəhərdir" /FOTO

Sergey Yurski Leninqradda anadan olub. Yaradıcılığa Böyük Dram Teatrında başlayan istedadlı rəssam idi.

Azpost.info bildirir ki, bu barədə Rusiyanın “Sovetski Ekran” jurnalının səhifəsində qeyd edilib.

60-ci illərin sonunda aktyor hakimiyyətlə problemlər yaşamağa başlayıb. Onu tez-tez DTK-ya çağırırdılar. Adı bütün posterlərdən silinir, hamı ondan imtina edirdi. Hətta “Lenfilm” də Yurski ilə əməkdaşlıqdan imtina etmişdi.

S.Yurski  1968-ci ildə Çexoslovakiyada sovet ordusu əleyhinə başlanmış etiraz hərəkatını -“Praqa baharını” dəstəkləməkdə ittiham olunurdu.

Onun təkcə teatrla xaricə səfərlərinə deyil, başqa şəhərlərə qastrollarına da qadağa qoyulur. Ona rol təklif etməkdən qorxurdular.
Belə bir zamanda ona məşhur azərbaycanlı yazıçı Mirzə Fətəli Axundovun komediyasının motivləri əsasında “Dərviş Parisi partladır” filmini çəkmək üçün Azərbaycana dəvət edirlər.

Film Azərbaycan dilində çəkilirdi, ona görə də Sergey Yurskini dublyaj edilməli idi. Amma azərbaycanlı dostlarına hörmət xətrinə o, səsləndirməyi də özü edib. Bunun üçün Yurski Azərbaycan dilində ifadələri düzgün tələffüz etməyi öyrənir.

Təbii ki, dialoqlarda vurğu güclü hiss olunurdu.  Lakin azərbaycanlılar Sergey Yuryeviçin fransız ləhcəsi ilə danışdığını tam olaraq obraza uyğun olduğunu bildirirlər. (o, fransız müsyö Jordan rolunu oynayıb)

Belə dost münasibəti tez bir zamanda Yurski üçün  Azərbaycanı doğmalaşdırdı.
Sergey Yurski bu müddətdə nəinki bu filmdə rol alıb, hətta bir müddət Azərbaycanda da yaşayıb.
Ən maraqlısı odur ki, bu filmdən sonra Sergey Yurski üzərindən bütün qadağalar götürülüb. O, yenidən Moskvaya qayıtdı və tələb olunan aktyor oldu.

Bakıda Yurski İbrahimbəyov və Yuli Qusman qardaşları ilə tanış olur.

Onu “Gözəl günlərin birində” (1977) film antologiyasında rol almağa dəvət edirlər. Daha sonra həmin il uşaqlar üçün iki hissəli böyük bir film olan “Şir evdən getdi” filminə çəkilir.

Daha sonra “Qorxma, mən səninləyəm” filmində…
S.Yurski müsahibəsində həmin dövrlər barədə hərarətlə danışır.

Müsahibədən parçalar:
“Bakı bir vaxtlar məni xilas edən şəhərdir. Bunu heç vaxt unutmayacağam. Elə bir dövr olub ki, SSRİ-də mənə qadağa qoyulub. Bu, həm film çəkilişlərində, həm də mətbuatda, radio və televiziyada dərc olunan yazılarda- hər şeydə özünü göstərirdi. Həyatımda bir növ “qara dövr” idi. SSRİ-də mənə hərarətlə yanaşan, işləmək imkanı verən yeganə kinostudiya “Azərbaycanfilm” oldu. Bununla praktik olaraq həyatımda yeni bir dövr başladı. Mən Bakıya tez-tez səyahət etməyə başladım”.

“Çox illər əvvəl baş verənlər… Dənizkənarı bülvar, Zuğulba kurortunda həyat, Azərbaycanda gözəl insanlarla dostluq – bütün bunlar mənim bu gözəl ölkə haqqında mehriban və hərarətli xatirəmdir. Çəkilişlər zamanı bütün Azərbaycanı gəzmişəm. Mən Şamaxıda, Qaxda çəkilişlərdə olmuşam. Bakıya minnətdarlığım hədsizdir. Azərbaycanın o çətin dövrdə mənə bəxş etdiyi bütün istiliyi bütün bu illər ərzində Bakıya və Azərbaycanla bağlı həmkarlarıma səmimi qəlbdən vermişəm”.

 

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.