Məşhur Hollivud aktyorunun evdə meyiti tapıldı-FOTO

“Dostlar” serialında Çendler Binqa rolu ilə məşhurlaşan aktyor Mettyu Perri 54 yaşında ölüb.

TMZ saytının məlumatıba görə, aktyor Los-Ancelsdə evində cakuzidə ölmüş vəziyyətdə tapılıb.

Hadisə yerinə narkotik aşkarlanmayıb. Meyitin üzərində zorakılıq əlaməti də yoxdur.

Ölümün səbəbi barədə hələki rəsmi açıqlama yoxdur. Aktyor bir neçə dəfə alkoqol asılılığından əzab çəkdiyini etiraf edib.

Qeyd edək ki, “Dostlar” serialı ilə bərabər Mettyu Perri “Tələsmə – insanları güldürəcəksən” romantik komediyası, “Dələduzlar”, “İkinci tanqo”, “Doqquz yard” filmlərində də baş rolda oynayıb.

Aktyor “Qızıl qlobus”, “Emmi” və digər mükafatlara layiq görülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.