Məşhur reper “Qremmi” mükafatını aldı, zalda həbs edildi

Məşhur reper Killer Mayk (Maykl Santiaqo Render) 66-cı Qremmi Mükafatı mərasimində üç mükafat aldıqdan dərhal sonra polis tərəfindən saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə “The Hollywood Reporter”  məlumat yayıb.

Nəşrin məlumatına görə, əvvəlcə mərasimin keçirildiyi Arena kompleksinin təhlükəsizlik əməkdaşı reperin saxlanma səbəbinin mükafatla heç bir əlaqəsi olmadığını bildirib. Lakin sonradan Los-Anceles hüquq-mühafizə orqanlarının nümayəndəsi müğənninin əlbəyaxa davaya görə saxlanıldığını bildirib.

Hazırda reper dindirilir.

Killer Mayk Maykl  “Ən Yaxşı Rep Albomu”, “Ən Yaxşı Rep Performansı” və “Ən Yaxşı Rep Mahnısı” üçün “Qremmi” mükafatını qazanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.