Məşhur türk aktyoru və musiqiçisi Özkan Uğur vəfat edib-Ərdoğan başsağlığı verdi /FOTO

Türkiyənin məşhur aktyoru Özkan Uğur 70 yaşında vəfat edib. 

Azpost.info bildirir ki, aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bir neçə gün əvvəl reanimasiyaya aparılan Uğur orada müalicə alırdı. O bü gün xəstəxanada dünyasını dəyişib.

Özkan Uğur bundan əvvəl 3 dəfə xəstəliyə qalib gələ bilmişdi.

Aktyorluqdan başqa Raif Özkan Uğur pop musiqiçisi, tanınmış MFÖ qrupunun üzvü idi.

Türkiyə prezidenti Ərdoğan Ozkan Uğurun vəfatı ilə bağlı başsağlığı verib.

“Bu gün ölüm xəbərini aldığımız yurdumuzun sevilən səs və kino sənətkarı Özkan Uğura Allahdan rəhmət diləyir, ailəsinə, sevənlərinə və bütün sənət ictimaiyyətinə başsağlığı verirəm”-deyə Prezident bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.