“Nəqliyyat kommunikasiyalarının açılması sülhün mühüm tərkib hissəsidir”- MİRZOYAN

Regionda nəqliyyat kommunikasiyalarının açılması sülhün mühüm tərkib hissəsidir.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz nəinki hazırıq, həm də nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq. Xüsusilə, Azərbaycanla dəmir yolu əlaqəsində. Əlbəttə, bu, bütün infrastrukturun ərazisindən keçdiyi ölkələrin suverenliyi altında qalması, bu ölkələrin yurisdiksiyasına uyğun fəaliyyət göstərməsi və tənzimləmənin qarşılıqlı və bərabərlik prinsiplərinə uyğun olması ilə gerçəkləşməlidir”, – Mirzoyan bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.