“Nəticələrə mənfi təsir edəcək heç bir hal yaşanmayıb” –Türkiyə Yüksək Seçim Qurumu

Türkiyədə prezident və parlament seçkilərində nəticələrə mənfi təsir edə biləcək hər hansı hal yaşanmayıb.

Bunu Türkiyə Yüksək Seçim Qurumunun sədri Ahmet Yener deyib.

“Prezident seçkiləri və 28-ci çağırış parlament seçkiləri başa çatıb. İndiyədək seçkilərə mənfi təsir edəcək hər hansı hal olmayıb”, – deyə Ahmet Yener bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident və 28-ci çağırış parlament seçkilərində səsvermə başa çatıb. Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Əvvəlki məqalə

Ərdoğan seçki bitdikdən sonra ilk tvitini yazdı –

Sonrakı məqalə

Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü başa çatdı