Nail Mehbalıyev yeni posta təyin olundu

Nail Mehbalıyev
Nail Mehbalıyev

Naxçıvan Sağlamlıq Mərkəzinə yeni direktor təyin edilib. AzPost xəbər verir ki, bu vəzifəyə Nail Mehbalıyev gətirilib. O, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əmri ilə Naxçıvan Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsinə direktor təyin olunub.

İxtisasca həkim-kardioloq olan Nail Mehbalıyev daha əvvəl Naxçıvan Ürək Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib. Peşəkar fəaliyyəti və səhiyyə sahəsindəki təcrübəsi ilə tanınan Mehbalıyev bundan sonra Sağlamlıq Mərkəzinin idarəçiliyinə məsul olacaq.

Xatırladaq ki, bu ilin may ayında mərkəzin əvvəlki direktoru Rəşadət Nabatov tutduğu vəzifədən azad edilərək, Naxçıvan Muxtar Respublika Xəstəxanasının direktoru təyin olunmuşdu.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.