Naməlum şəxs avtomobil dayanacağına od vurdu-Maşınlar yandı /VİDEO

Rusiyada naməlum şəxs dayanacaqda avtomobilləri yandırıb. Alov sürətlə qonşu avtomobillərə keçib. Ümumilikdə 22 avtomobil yanıb.

AzPost bildirir ki, Vladivastokda törədilmiş yanğının səbəbkarı CCTV kamerasına düşüb. Gecə saatlarında naməlum şəxs avtomobillərə tərəf keçərək avtomobilə yanar maye tökərək yandırıb.

Hazırda polis hadisə şahidlərini dindirir. Polis cinayətkarı axtarır. 150 kvadratmetr sahədə yanğın söndürülüb. Ölən və xəsarət alan yoxdur.

Hazırda piromanyak axtarılır. Faktla bağlı “əmlakı qəsdən məhv etmə” maddəsi ilə cinayət işi açılıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.