Namibiyada Adolf Hitler adlı siyasətçi seçkilərdə qalib gəlib

04 Dekabr 2020 - 09:32

Adolf Hitler adlı siyasətçi Namibiyada keçirilən yerli seçkilərdə böyük qələbə qazanıb.

BBC-nin verdiyi xəbərə görə, Adolf Hitler Uunona keçən həftə Ompundja seçki dairəsindən məclis üzvü seçilib.

O, Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibəsində adına rəğmən, dünyaya hökmranlıq etmək planının olmadığını söyləyib. İsrarla bildirib ki, nasist ideologiyası ilə heç bir əlaqəsi yoxdur: “Adolf digər alman adları kimi, vaxtilə Almaniyanın müstəmləkəsi olan ölkələrdə nadir deyil”.

Qeyd edək ki, namibiyalı siyasətçi hakim “Swapo” partiyasını təmsil edir.