Namizəd Səfərov Milli Şuradan istefa verib

Vəkil Namizəd Səfərov Milli Şuradan istefa verib.

APA-nın məlumatına görə, o, bu barədə “Facebook” hesabında yazıb.

O, istefasının səbəbini Milli Şuranın videokonfranslarının internetdə yayılan videolarla bağlı olduğunu qeyd edib.

N.Səfərov Milli Şuranın keçirdiyi qapalı onlayn konfransların sosial şəbəkələrdə yayılması ilə Milli Şura ətrafında söz-söhbətlərin nüfuzlarına yetirdiyi ciddi zərbəni danmağın mümkün olmadığını bildirib: “Milli Şuranın nüfuzuna ağır zərbə dəydi. Milli Şura Koordinasiya Mərkəzinin iki üzvü onlara qarşı yönəlmiş hücumlar qarşısında istefa verməyə məcbur oldu. Baş verənlərlə bağlı dərin təəssüf hissi keçirməklə yanaşı, mənim də üzərimə ağır məsuliyyət düşdüyünün fərqindəyəm. Belə ki, uzun müddətdən bəri müxalifətin əsas mübarizə cəbhəsi hesab olunan Milli Şuranın nüfuzuna başqaları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilib. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram. Milli Şura üzvlərinin qərb dəyərlərinə münasibətdə milli mənəvi dəyərlərə hörmətsiz yanaşması, ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət bəsləməsi ilə bağlı ünvanımıza söylənən tənqidi fikir və mülahizələrlə razılaşa bilməsəm də, öz dilimizdən səslənmiş fikir və ifadələrdən müdafiə olunmaq, o qədər də asan deyil.

Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri mümkün hesab edərək, Milli Şura tərkbindən istefa verirəm”.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Quliyev və Rafiq Manaflı Milli Şuradan istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yexlaxda polisin xəsarət alması ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

Energetika nazirinə yeni müavin təyin edilib