“Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər”- MSK sədri

Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməsi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb: “Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər ayrılıb. Həmin yerlər rəsmi şəkildə mətbuatda dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran hökuməti təyyarənin vurulduğunu hadisədən iki gün sonra bilib

Sonrakı məqalə

Vaqif Əsədovdan işdən çıxarılması xəbərinə REAKSİYA