Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında Ukrayna lideri Vladimir Zelenski və Almaniya kansleri Olaf Şoltsun birgə fotosunu dərc edib.
Azpost.info xəbər verir ki, Medvedev Berlin və Kiyev arasında imzalanan və fotonun çəkildiyi ikitərəfli müqaviləni “Nasistlərin Bandera ilə ittifaqı” adlandırıb.
Medvedev Adolf Hitlerin hakimiyyətə gəlişindən sonra ortaya çıxan Üçüncü Reyxin nasist ideologiyasını simvolizə edən ifadəni də xatırladıb. O yazıb ki, nasist şüarı ukraynayönlü salama cavabdır.
Fevralın 16-da Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Almaniya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzaladığını bildirib. Onun sözlərinə görə, sənəd misilsizdir, çünki 2024-cü il üçün 7 milyard avro məbləğində Almaniya dəstəyini təmin edib. Müqavilə uzadılma imkanı ilə 10 il müddətinə qüvvədədir.
Azpost.info