NATO Bəşər Əsədin İdlibdə həyata keçirdiyi hücumları pislədi-Rusiyanı beynəlxalq hüquqa riayət etməyə çağırdı

NATO baş katibi Yens Stoltenberq Bəşər Əsəd rejimi və ona dəstək verən Rusiyanın İdlibdə həyata keçirdiyi hücumları pisləyib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə NATO-nun sözçüsü Oana Lungescu bildirib.

NATO sözçüsü baş katib Y.Stoltenberqin hücumları dayandırmağa çağırış etdiyini qeyd edib.

“NATO baş katibi Suriya rejimini və onu dəstəkləyən Rusiyanı beynəlxalq hüquqa riayət etməyə və BMT-nin sülh səylərini dəstəkləməyə çağırır. Gərginliyi aradan qaldırmaqla, bütün tərəflər bu təhlükəli situasiyanın və bölgədəki humanitar vəziyyətin pisləşməsinin qarşısını almalıdır”, – deyə Oana Lungescu qeyd edib.

Qeyd edək ki, bu gün NATO-nun Suriyadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva bıçaqlanmış qadının müalicəsi ilə bağlı tapşırıq verib

Sonrakı məqalə

İranda koronavirusa yoluxan deputatların sayı artdı