NATO Baş katibinin müavini Azərbaycana gəlib –Hikmət Hacıyev və Ceyhun Bayramovla görüşüb

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina Azərbaycana gəlib.

O, Bakıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Görüşlər zamanı NATO və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və son danışıqlardan sonra sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib.

Kolomina bir daha vurğulayıb ki, NATO Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesini dəstəkləyir.

Əvvəlki məqalə

Dolların kursu necə dəyişəcək?

Sonrakı məqalə

“Dəyişmiş şərait yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına imkan verir” –