NATO-nun yeddi ölkəsi Ukraynanı Şimali Atlantika Alyansına qəbul etmək istəmir.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.
Onların arasında ABŞ, Almaniya, Slovakiya, Macarıstan, Belçika, Sloveniya və İspaniya da var idi.
Nəşrə danışan mənbə qeyd edir ki, ABŞ və Almaniya Rusiya ilə silahlı münaqişəyə cəlb olunmaq perspektivindən narahat olduqları üçün Ukraynanın dərhal bloka dəvət olunmasını dəstəkləmirlər. Bununla belə, böhran başa çatdıqdan sonra ölkənin NATO-ya üzvlüyünü istisna etmirlər.
“Belçika, Sloveniya və ya İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənir. Onlar Ukraynanın NATO-ya dəvətini istəmirlər”, – Alyans rəsmilərindən biri əlavə edib.
Azpost.info