Rusiyadan müdafiə olunmaq üçün NATO-nun yüz minlərlə əsgərə ehtiyacı var- “Reuters”

“Soyuq müharibə”dən sonra ilk müdafiə planını tam şəkildə həyata keçirmək üçün NATO əlavə 35-50 briqada çıxarmalı olacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyinə qarşıdakı NATO sammiti üçün hazırlanan hesablamalarla tanış olan hərbçi bildirib.

Məsələ təkcə ehtiyaclarla məhdudlaşmır, maddi-texniki təminat da ciddi şəkildə çatışmır.

Başqa bir təhlükəsizlik mənbəsi bildirib ki, Almaniya təkcə öz hava hücumundan müdafiəsini dörd dəfə artırmalıdır.
Avropa ölkələri son aylarda mütəmadi olaraq hərbi çağırışın artırılması və hərbi xidmətə çağırışın bərpası barədə danışırlar. 2023-2024-cü illərdə Latviya və Litvada icbari xidmət tətbiq edilib.

Böyük Britaniyanın Baş Qərargah rəisi general Patrik Sanders ölkədə “vətəndaş ordusu” yaratmağa çağırıb. Almaniyada ordunu doldurmağın müxtəlif üsulları müzakirə edilib və indi İsveçdəkinə bənzər hibrid işə qəbul modelini tətbiq etməyi planlaşdırırlar.

“Reuters” qeyd edir ki, NATO-nun yarandığı gündən bəri ilk müdafiə planı bir il əvvəl Alyansın Vilnüsdə keçirilən sammitində qəbul edilib və o vaxtdan onun həyata keçirilməsi üçün konkret nəyin lazım olduğuna dair hesablamalar aparılıb. Nəticələrdən biri budur ki, Rusiyanın mümkün təcavüzünə qarşı çıxmaq üçün daha 35-50 briqada lazımdır. Bir briqadada 3 ilə 7 min nəfər ola bilər, buna görə də yeni əsgərlərə ehtiyac 105 ilə 350 min arasında dəyişə bilər.

Azpost.info

 

Əvvəlki məqalə

İyulun 9-da Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

Sonrakı məqalə

Avro-2024: