“NATO ölkələri Çindən və digər avtoritar rejimlərdən asılılığını azaltmağa qərar verdi”- Baş katib

“NATO ölkələri Çindən və digər avtoritar rejimlərdən asılılığını azaltmağa qərar verib”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq bu açıqlamanı NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Buxarestdəki görüşü çərçivəsində keçirdiyi brifinqdə verib.

Baş katib avtoritar rejimlərdən asılılığı necə azaldacaqlarına dair təfərrüatları açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Telefonlarda İMEİ kodunu dəyişdirənlər 12 min manat cərimə ediləcək

Sonrakı məqalə

“Rusiyanın dəhşətli cinayətləri cəzasız qalmayacaq”